...

Sabah 30 dərəcə isti olacaq

Cəmiyyət Materials 21 İyun 2025 12:29 (UTC +04:00)
Sabah 30 dərəcə isti olacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +19 dərəcədən +21 dərəcəyədək, gündüz +24 dərəcədən +28 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +17 dərəcədən +22 dərəcəyədək, gündüz +25 dərəcədən +30 dərəcəyədək, dağlarda gecə +6 dərəcədən +11 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti