...

Böyük Britaniya Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb

Energetika Materials 21 İyun 2025 10:42 (UTC +04:00)
Böyük Britaniya Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycandan Böyük Britaniyaya 137,3 milyon ABŞ dolları dəyərində 244 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 108,8 milyon ABŞ dolları və ya 4,8 dəfə, həcm ifadəsində isə 190,5 min ton və ya 4,6 dəfə çoxdur.

Dövr ərzində Böyük Britaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 615,9 milyon ABŞ dolları və ya 9,8% az, həcm ifadəsində isə 493,4 min ton və ya 5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti