...

Şuşa şəhərində görülmüş işlərin təəssüratı altındayam - Fransa səfiri

Cəmiyyət Materials 21 İyun 2025 12:53 (UTC +04:00)
Şuşa şəhərində görülmüş işlərin təəssüratı altındayam - Fransa səfiri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşa şəhərində görülmüş işlərin təəsüratı altındayam.

Trend xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon Qarabağa səfəri çərçivəsində jurnalistlərə bildirib.

“Bu mənim Şuşaya ilk səfərimdir və mən burada olmağıma çox şadam, bu, şəhəri özüm üçün kəşf etmək baxımdann əla fürsətdir. Bundan əvvəl dediyim ki, Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yer tutur, belə ki, şəhər Azərbaycanın mədəni həyatında çox mühüm rol oynayıb”, - deyə diplomat bildirib.

Buayon Şuşada görülən işlərdən və Azərbaycanın mədəniyyətinin rəmzi olan mühüm mədəni obyektlərin və müəssisələrin yenidən dirçəlməsi, ziyarətçilər üçün əlçatan hala gəlməsindən təsirləndiyini bildirib. O, insanları Şuşa şəhərinə səfər etməyə çağıraraq, bunun Azərbaycanın daha yaxından tanınması üçün əla bir yol olduğunu vurğulayıb.

Qeyd edək ki, dünəndən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər də daxil olmaqla ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.

Səfər çərçivəsində nümayəndələr “Hoçazfilm” kinostudiyasını və “Yurd” qalereyasını ziyarət ediblər. Kinostudiyada qonaqlara filmlərdə istifadə olunan müxtəlif maketlər təqdim olunub.

“Yurd” qalereyasında isə qonaqlara Qarabağ xalçaları nümayiş olunub. Xüsusilə Laçında toxunan xalçalar böyük maraq doğurub. Qonaqlara xalçaçılıq prosesi, o cümlədən ilmələrin necə atıldığı əyani şəkildə göstərilib.

İyunun 21-də diplomatik korpusun nümayəndələri Şuşa və Ağdam şəhərlərinə yola düşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti