Bakı. Trend:
İranın mülki nüvə proqramını inkişaf etdirməyə və atom texnologiyalardan dinc məqsədlərlə istifadə etməyə haqqı var.
Trend xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Sky News” telekanalına müsahibəsində deyib.
“İranın nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə proqramlarına haqqı var”, - rusiyalı dövlət başçısı bildirib.
Putinin sözlərinə görə, Rusiya əvvəlki illərdə olduğu kimi, dinc məqsədli atomun inkişaf etdirilməsində İrana lazımı yardım və dəstək göstərməyə hazırdır.
O bildirib ki, İranın nüvə proqramı ətrafında yaranan böhranın nizamlanması ilə bağlı danışıqlar prosesində İranla yanaşı, İsrail də iştirak etməlidir.
“Məncə elə detallar mövcuddur ki, onların ətrafında razılaşmaya gəlmək olar və gəlmək lazımdır da”, - deyə Putin əlavə edib.