...

Yevlaxda 12 otaqlı evdə yanğın baş verib

Hadisə Materials 21 İyun 2025 08:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yevlax şəhərində ümumi sahəsi 320 m² olan ikimərtəbəli, 12 otaqlı evdə yanğın baş verib. Yanğın zamanı evin 7 otağının yanar konstruksiyaları 200 m² sahədə zərər görüb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 7 m² sahədə qarsalanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin digər hissələri və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti