...

İranın İsfahan nüvə mərkəzindən kənara radiasiya olmayıb

Dünya xəbərləri Materials 21 İyun 2025 09:56 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İrana hərbi hava hücumları nəticəsində İranın mərkəzində yerləşən İsfahan vilayətinin İsfahan nüvə mərkəzindən kənara hər hansı radiasiya qeydə alınmayıb.

Trend-in məlumatına görə, bunu İranın İsfahan vilayətinin valisinin müavini Əkbər Salehi bu gün (21 iyun) jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında İsrailin avia zərbələri nəticəsində İsfahan nüvə mərkəzi vurulsa da, hər hansı nigaranlıq yoxdur.

Salehi bildirib ki, İsrailin İrana hücumlarında İsfahan, Lencan, Mobareke və Şəhrza şəhərləri atəşə tutulub. İndiyə qədər əldə olunan məlumatlara görə, hücumlar nəticəsində insan itkisi olmasa da, bu bölgələrdə müəyyən xəsarətlər qeydə alınıb.

Salehi deyib ki, İsfahan neftayırma zavodunun vurulmasına gəlincə, bu zavoda hər hansı xəsarət dəyməyib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti