...

İran və ABŞ nüvə məsələlərinin sülh yolu ilə həllini davam etdirməlidir - Devid Lemmi

Dünya xəbərləri Materials 21 İyun 2025 02:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ Tehranın nüvə proqramı ilə bağlı məsələlərin sülh yolu ilə həlli istiqamətində danışıqları davam etdirməlidir.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Cenevrədə "Avropa üçlüyü" (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri arasında keçirilən görüşün yekununda bildirib.

“İranla bu müzakirələrin aparılması vacib idi və biz bu ölkənin nüvə silahına sahib ola bilməyəcəyini açıq şəkildə bildirdik. Biz İranla dialoqun davam etdirilməsində maraqlıyıq və Tehranı ABŞ ilə danışıqları davam etdirməyə təşviq edirik”, – deyə Ləmmi vurğulayıb.

Nazir həmçinin əlavə edib ki, hazırkı vəziyyət son dərəcə təhlükəlidir və regional eskalasiyanın qarşısının alınması böyük önəm daşıyır.

Xəbər lenti

Xəbər lenti