...

Azərbaycan və Özbəkistan Bakı limanının imkanlarını genişləndirmək niyyətindədir

Siyasət Materials 20 İyun 2025 16:10 (UTC +04:00)
Azərbaycan və Özbəkistan Bakı limanının imkanlarını genişləndirmək niyyətindədir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistan Bakı limanının infrastrukturunun genişləndirilməsi üzrə əməkdaşlıq barədə razılığa gəlib.

Trend xəbər verir ki, bu haqda Özbəkistanın İnvestisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov Bakıda keçirilən III Azərbaycan – Özbəkistan regionlararası forumunun gedişində bildirib.

“Biz bu gün azərbaycanlı həmkarlarımızla bizə Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə riskləri minimuma endirməyə və yükdaşımaların həcmini artırmağa imkan verəcək əlavə şərtlərin yaradılması, o cümlədən, Bakı limanı vasitəsilə infrastrukturun genişləndirilməsi üzrə ölçülər barədə razılığa gəlmişik”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, söhbət daşımalara tətbiq olunan lüqotların müddətinin uzadılması, əlavə güclərin yaradılması və Xəzər dəniz donanmasının genişləndirilməsindən gedir.

“Bütün bu istiqamətlər üzrə razılaşmalar mövcuddur, mexanizmlər var və biz elə şərait yaradacağıq ki, siz iki ölkə arasında malların effektiv mübadiləsini apara və yükləri çatdıra biləsiniz”, – deyə L.Kudratov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti