...

Bərdədə satış mağazasında vaxtı keçmiş məhsullar aşkarlanıb (FOTO)

Gündəm Materials 20 İyun 2025 13:38 (UTC +04:00)
Bərdədə satış mağazasında vaxtı keçmiş məhsullar aşkarlanıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə satış mağazasında yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyinindən məlumat verilib.

Bildirilir ki, qurumun əməkdaşları Bərdə rayonu, Babək küçəsində fəaliyyət göstərən, Bayramov Ərşad Üzeyir oğluna məxsus pestisid, aqrokimyəvi maddə və toxum satışı mağazasında yoxlama keçirib. Baxış zamanı yararlılıq müddəti bitmiş toxum və herbisid aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti