...

İsveçrə İrandakı səfirliyini müvəqqəti bağlayır - Səfir Azərbaycana gəlib

Gündəm Materials 20 İyun 2025 19:28 (UTC +04:00)
İsveçrə İrandakı səfirliyini müvəqqəti bağlayır - Səfir Azərbaycana gəlib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail və İran arasında artan gərginlik fonunda İsveçrə İrandakı səfirliyini müvəqqəti olaraq bağlayır.

Trend xəbər verir ki, bu barədə İsveçrə XİN məlumat yayıb.

Qeyd edilib ki, İsveçrə İsrail və İran arasında münaqişənin kəskinləşməsindən dərin narahatlıq keçirir və bütün tərəfləri təmkinli olmağa çağırır:

“Bütün əcnəbi heyətimiz indi İranı tərk edib və güvəndədir.

Beş əcnəbi heyət və onların tərəfdaşları Türkmənistana yola düşüb; Səfir Nadine Olivieri Lozano da daxil olmaqla, qalan yeddi heyət üzvü də indi quru sərhədi keçib, Azərbaycana üz tutublar.

Vəziyyət imkan verən kimi Tehrana qayıdacaqlar”.

Xəbər lenti

Xəbər lenti