...

Xalqımızın Ümummilli Lideri səhiyyədə kadrların milliləşdirilməsinə böyük diqqət yetirirdi - Nazir

Cəmiyyət Materials 20 İyun 2025 17:15 (UTC +04:00)
Xalqımızın Ümummilli Lideri səhiyyədə kadrların milliləşdirilməsinə böyük diqqət yetirirdi - Nazir
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər təyin edildikdən sonra, bütün sahələrdə olduğu kimi, tibb sahəsində də böyük uğurlar qazanılıb. Xalqımızın Ümummilli Lideri, həmçinin səhiyyədə kadrların milliləşdirilməsinə böyük diqqət yetirirdi.

Trend xəbər verir ki, bu fikirləri 1 nömrəli Bakı Tibb Kollecinin məzunları ilə görüşdə səhiyyə naziri Teymur Musayev səsləndirib.

Nazirin sözlərinə görə, dövlət rəhbərliyi səhiyyənin inkişafına xüsusi önəm verir: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti və gərgin zəhməti sayəsində hər sahədə, o cümlədən əhalinin sağlamlığının qorunması sahəsində də böyük nailiyyətlər əldə olunub. Səhiyyənin tərəqqisi daim diqqət mərkəzində saxlanılır. Tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir, səhiyyənin maliyyələşməsində əsaslı islahatlar aparılır, rəqəmsallaşma, keyfiyyətli tibbi xidmətlərin göstərilməsi istiqamətində vacib işlər görülür”.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, özü də ixtisasca həkim olan Mehriban xanım Əliyeva da səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir", - səhiyyə naziri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti