...

Portuqaliya Azərbaycandan neft alışını 65%-ə yaxın artırıb

İqtisadiyyat Materials 20 İyun 2025 15:57 (UTC +04:00)
Portuqaliya Azərbaycandan neft alışını 65%-ə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycandan Portuqaliyaya 310,4 milyon ABŞ dolları dəyərində 576 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 85 milyon ABŞ dolları və ya 37,7%, həcm ifadəsində isə 226,2 min ton və ya 64,7% çoxdur.

Dövr ərzində Portuqaliya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 615,9 milyon ABŞ dolları və ya 9,8% az, həcm ifadəsində isə 493,4 min ton və ya 5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti