Bakı.Trend:
İranın bir müddət əvvəl İsrailin Hayfa şəhərinə atdığı ballistik raketin partlaması nəticəsində iki nəfər yaralanıb.
Trend xəbər verir ki, bu haqda “Times of Israel” yerli həkimlərə istinadən xəbər verir.
Yaralılardan biri 16 yaşlı oğlandır və onun vəziyyətinin ağır olduğu bildirilir, digər yaralanan isə 54 yaşındadır (cinsi göstərilməyib - red.) və vəziyyəti orta qiymətləndirilir. Hər ikisi qəlpə yarası alıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.