...

Azərbaycanda innovasiyalar və vençur layihələr sahəsinə dəstək üçün yeni şərtlər yaradılır

Telekommunikasiya Materials 20 İyun 2025 13:03 (UTC +04:00)
Azərbaycanda innovasiyalar və vençur layihələr sahəsinə dəstək üçün yeni şərtlər yaradılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda innovasiyalar və vençur layihələr sahəsinə dəstək üçün yeni şərtlər yaradılır.

Trend xəbər verir ki, bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri Fərid Osmanov “Baku ID 2025” panel müzakirələri çərçivəsində bildirib.

Osmanov bildirib ki, innovativ şirkətlər üçün daha effektiv və şəffaf tənzimləyici mühitin yaradılması ilə bağlı daxili müzakirələr artıq yekunlaşıb.

Onun sözlərinə görə, əsas təşəbbüslərdən biri “tənzimləyici qum qutusu”nun (sandbox) istifadəyə verilməsidir və bu layihə artıq hazırlanıb. Bu, perspektivli şirkətlərə bazara daha sürətli çıxış və çevik şəraitdə həlləri sınaqdan keçirmək imkanı verəcək.

“Biz tənzimləyici sənədləri dövlətlə birgə hazırlayırıq. Məqsəd – vençur təşəbbüslərinin inkişafı üçün alətlər yaratmaq və siyasəti daha da innovasiya yönümlü etməkdir. Əminik ki, bu kimi addımlar yerli bazara marağı artıracaq,” – deyə F. Osmanov qeyd edib.

O həmçinin bildirib ki, çevik və anlaşıqlı normativ-hüquqi bazanın formalaşdırılması ölkədə rəqəmsal iqtisadiyyatın inkişafının əsas elementlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti