Bakı. Trend:
İran İsrailin bir sıra hərbi obyektlərinə, o cümlədən Nevatim və Hatzerim aviabazalarına raket zərbələri endirib.
Trend xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir.
Məlumata görə, "Doğru vəd - 3" əməliyyatının 17-ci mərhələsi çərçivəsində hərbi komplekslər, müdafiə müəssisələri, komanda mərkəzləri, İsrailin hərbi əməliyyatlarına dəstək verən şirkətlər, eləcə də, Nevatim və Hatzerim aviabazaları da daxil olmaqla bir sıra hədəflərə zərbələr endirilib.