Bakı. Trend:
Klublararası dünya çempionatında növbəti oyunlar keçirilib.
Trend xəbər verir ki, C qrupunda keçirilən qarşılaşmada Almaniyanın "Bayern Münhen" klubu Argentina təmsilçisi "Boka Xuniors" üzərində 2:1 hesablı qələbə qazanıb.
Almanların heyətində Hari Keyn (18-ci dəq.) və Maykl Olis (84-cü dəq.) fərqləniblər. "Boka Xuniors" un heyətində isə Miqel Merentiel (66-cı dəq.) adını tabloya yazdırıb.
D qrupunda isə ABŞ-nin "Los-Angeles" klubu Tunisin "Esperans Sportiv" komandası ilə üz-üzə gəlib. Gərgin keçən oyunda tunislilər 1:0 hesablı əzmkar qələbə qazanıblar. "Esperans Sportiv"in heyətində Yosef Belaili fərqlənib.
XXX
01:02
Klublararası dünya çempionatında D qrupunun mərkəzi qarşılaşması baş tutub.
Trend xəbər verir ki, “Flamenqo” və “Çelsi” komandaları üz-üzə gəliblər.
Matça daha yaxşı başlayan tərəf avropalılar olub. “Çelsi”nin futbolçusu Pedro Neto müdafiəçilərin səhvindən istifadə edərək turnirdə ikinci qolunu vurub.
Lakin fasilədən sonra “Flamenqo” oyunu üstün götürüb və ardıcıl 3 qol vuraraq görüşü qalib kimi başa vurub. Braziliya təmsilçisi bu qələbə sayəsində maksimum xalla qrup liderliyinə yüksəlib.
Günün digər qarşılaşmasında "Benfika" "Oklend Siti"ni darmadağın edib - 6:0. Orlandoda baş tutan matçın hissələri arasında leysan yağış səbəbindən 2 saatlıq fasilə yaranıb.
Qələbə sayəsində "Benfika" C qrupunda liderliyə yüksəlib. Yeni Zelandiya təmsilçisi isə qrupda sonuncu pillədə qərarlaşıb.