...

“Liverpul” Florian Virtsin transferini elan etdi

İdman Materials 21 İyun 2025 00:05 (UTC +04:00)
“Liverpul” Florian Virtsin transferini elan etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya millisinin istedadlı yarımmüdafiəçisi Florian Virts İngiltərənin “Liverpul” klubuna transfer olunub.

Trend xəbər verir ki, bu barədə “Liverpul”un mətbuat xidməti rəsmi məlumat yayıb.

Məşhur jurnalist Florian Plettenberqin məlumatına görə, transfer “Liverpul”a 130-135 milyon avroya başa gəlib. Bu, klub və ümumilikdə İngiltərə futbolu tarixində indiyədək həyata keçirilmiş ən bahalı transfer olub.

Florian Virts indiyə qədər Almaniyanın “Bayer” (Leverkuzen) klubunun heyətində müxtəlif turnirlərdə 197 oyun keçirib, 57 qol vurub və 65 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya millisində isə o, 31 oyun, 7 qol və 7 assist ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti