Bakı. Trend:
İsrail ordusu İranın raket infrastrukturuna qarşı növbəti hava zərbələri dalğasına start verib.
Trend xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, əməliyyat İranın İsrail ərazisinə növbəti raket hücumundan dərhal sonra həyata keçirilməyə başlanıb. Ordunun bəyanatında qeyd olunur ki, zərbələr Tehranın son hərəkətlərinə cavab xarakteri daşıyır.
Hazırda əməliyyatın miqyası və hədəflər barədə əlavə məlumat verilməyib.