Bakı. Trend:
İsrail ordusu İrandan ölkəyə doğru növbəti raket hücumunun həyata keçirildiyini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Hücum zamanı ölkə əhalisinə dərhal sığınacaqlara keçmək göstərişi verilib. Hava hücumu sirenləri Təl-Əviv bölgəsi də daxil olmaqla bir sıra ərazilərdə eşidilib. Atışma zamanı bir neçə partlayış səsləri qeydə alınıb.
Hadisədən sonra ordudan bildirilib ki, təhlükə aradan qalxıb və sakinlər artıq sığınacaqları tərk edə bilərlər. Hücumun nəticələri barədə isə hələlik rəsmi açıqlama verilməyib.
Ynet portalının məlumatına görə, bu dəfə ümumilikdə beşə yaxın raket atılıb və hücum nəticəsində ölkənin mərkəzi hissəsində yerləşən binalardan birinə ziyan dəyib.