Bakı. Trend:
"Espanyol" klubu 35 yaşlı ispan hücumçu Kike Qarsiyanı heyətinə qatıb.
Trend xəbər verir ki, təcrübəli futbolçu "Alaves" klubunu azad agent kimi tərk edib və "Espanyol" ilə 2 illik müqavilə imzalayıb.
Qarsiya ötən La Liqa mövsümündə 36 oyunda 13 qola imza ataraq "Alaves"in ən yaxşı bombardiri olub. Bu göstərici onun La Liqada indiyədək göstərdiyi ən yaxşı nəticə kimi qeydə alınıb.