Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və Yaponiya Milli Çap Bürosu arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Bildirilir ki, Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva
Yaponiya Milli Çap Bürosunun Əsginasların istehsalı departamentinin
direktoru Takayuki Saitonun rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
Qeyd olunub ki, görüşdə Yaponiya Milli Çap Bürosunun fəaliyyəti ilə
tanışlıq çərçivəsində təqdimat nümayiş olunub və tərəflər arasında
əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.