...

ABŞ İsrailə qoşularsa, bölgədəki ABŞ qüvvələrinə cavab veriləcək - Abbas Əraqçi

Dünya xəbərləri Materials 21 İyun 2025 06:17 (UTC +04:00)
ABŞ İsrailə qoşularsa, bölgədəki ABŞ qüvvələrinə cavab veriləcək - Abbas Əraqçi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İsrailin hərbi əməliyyatlarına qoşularsa, İran Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə cavab zərbələri endirməyə hazır olacaq.

Trend xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi NBC News telekanalına müsahibəsində bildirib.

Amerikalı jurnalistin İranın bölgədəki ABŞ hərbi qüvvələrinə zərbə endirib-endirməyəcəyi ilə bağlı sualını cavablandıran Əraqçi deyib: “Müharibə olarsa, hər iki tərəf bir-birinə hücum edir – bu, başadüşüləndir. Özünümüdafiə hüququ hər bir ölkə üçün qanunidir”.

Nazir əlavə edib ki, vəziyyətin sülh yolu ilə həlli mümkündür və bu, ABŞ-nin əlindədir: “Əgər ABŞ Prezidenti Donald Tramp istəsə, sadəcə bir telefon zəngi ilə İsraili dayandıra bilər. Bütün bunlara son qoymaq üçün Vaşinqtondan Təl-Əvivə zəng etmək kifayətdir”.

Xatırladaq ki, Tramp daha əvvəl bəyan etmişdi: ABŞ, İranın nüvə böhranını diplomatik yolla həll etməsi üçün Tehrana maksimum iki həftə vaxt verməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti