Bakı. Trend:
Kanada federal hökuməti ABŞ ilə aparılan geniş ticarət danışıqlarında əldə olunan irəliləyişlərə uyğun olaraq, iyulun 21-dən etibarən ABŞ-dən idxal olunan polad və alüminium məhsullarına tətbiq edilən əks tarifləri yenidən tənzimləyəcək.
Trend xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi cümə axşamı açıqlama yayıb.
Baş nazir Mark Karni bəyanatında qeyd edib ki, Kanada hökuməti ABŞ ilə yeni iqtisadi və təhlükəsizlik tərəfdaşlığı istiqamətində danışıqlar apardığı bir vaxtda, ölkənin işçilərinin və sənayesinin ABŞ-ın ədalətsiz və əsassız tariflərindən qorunmasını təmin edəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp 75 ölkəyə qarşı yüksək tariflərin tətbiqini 90 gün müddətinə dayandırmaq barədə göstəriş vermişdi. Lakin bu qərarın Çinə şamil edilmədiyi bildirilmişdi.