...

İngiltərə millisinin üzvü “Mançester Siti”dən gedir

İdman Materials 20 Yanvar 2026 16:06 (UTC +04:00)
İngiltərə millisinin üzvü “Mançester Siti”dən gedir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi başa çatan Con Stounzun klubdakı gələcəyi müəyyənləşib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi yayda Premyer Liqa nəhənginin sıralarını tərk edəcək.

Klub Stounza yeni sözləşmə təklif etməyi planlaşdırmır.

31 yaşlı mərkəz müdafiəçisi iyulda azad agent statusunda olacaq.

Qeyd edək ki, “Mançester Siti” Con Stounzu 2016-cı ilin yayında “Everton”dan 55 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm “şəhərlilər”in heyətində 13 rəsmi matçda meydana çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti