Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Bolqarıstana 638,9 milyon ABŞ dolları dəyərində 1,774 milyard kubmetr təbii qaz ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 79,4 milyon ABŞ dolları və ya 14,2 faiz, həcm baxımından isə 35 milyon kumbetr və ya 2 faiz artıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Bolqarıstana 559,5 milyon ABŞ dolları dəyərində 1,739 milyard kubmetr təbii qaz ixrac olunmuşdu.
Ümumilikdə, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyon kubmetr və ya 3% azdır.
Eyni zamanda 2025-ci ilin ilk 11 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,168 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 261,4 milyon kubmetr və yaxud 2 dəfə azdır.
