...

Kim Çen Inn baş nazir müavinini vəzifəsindən uzaqlaşdırdı

Dünya xəbərləri Materials 20 Yanvar 2026 15:35 (UTC +04:00)
Kim Çen Inn baş nazir müavinini vəzifəsindən uzaqlaşdırdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Koreya lideri Kim Çen Inn “Ryonsonq” Maşınqayırma Kompleksinə baxış zamanı baş nazirin müavini Yan Son Ho-nu “yerindəcə” vəzifədən uzaqlaşdırıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Kim Çen Inn baş nazir müavini Yanı və digər iqtisadi rəhbər şəxsləri idarəetmədə yol verilən nöqsanlar və müəssisənin modernləşdirilməsi layihəsində gecikmələrə görə “xroniki səriştəsizlikdə” ittiham edib.

O, Yanı “ağır vəzifələrin icrasına yararsız” adlandıraraq, onun təyinatını “arabanı keçiyə qoşmağa” bənzədib.

KİV yazır ki, analitiklərin fikrincə, bu açıq şəkildə həyata keçirilən vəzifədən kənarlaşdırma, real sistemli islahatların göstəricisi olmaqdan daha çox, Şimali Koreyanın çətin iqtisadi vəziyyəti fonunda partiya rəsmilərinə xəbərdarlıq məqsədi daşıyan taktika hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti