Bakı. Trend:
FIFA milli komandaların 2026-cı ildə ilk reytinq cədvəlini dərc edib.
Trend FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi reytinqdə 127-ci yerdə qərarlaşıb. Yığmamız əvvəlki reytinqlə müqayisədə mövqeyini dəyişməyib və 1132.97 xalla eyni pillədə qalıb.
Reytinq cədvəlinin ilk üçlüyündə də dəyişiklik qeydə alınmayıb. İspaniya millisi 1877.18 xalla liderliyini qoruyub saxlayıb. Argentina 1873.33 xalla ikinci, Fransa isə 1870 xalla üçüncü pillədə yer alıb.
