...

Azərbaycan BCG ilə rəqəmsal transformasiyanın iqtisadi strategiyaların formalaşmasına təsirini müzakirə edib

İqtisadiyyat Materials 20 Yanvar 2026 18:49 (UTC +04:00)
Azərbaycan BCG ilə rəqəmsal transformasiyanın iqtisadi strategiyaların formalaşmasına təsirini müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan "Boston Consulting Group"un (BCG) və "BCG Henderson Institute" şirkətləri ilə rəqəmsal transformasiyanın iqtisadi strategiyaların formalaşmasına təsirini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində "Boston Consulting Group"un vitse-sədri və "BCG Henderson Institute"un qlobal rəhbəri cənab Nikolaus Lanq ilə rəqəmsal transformasiyanın iqtisadi strategiyaların formalaşmasına təsiri, ticarət sahəsində perspektivlər, süni intellekt və şirkətlərin geosiyasi dayanıqlığının gücləndirilməsi barədə müzakirələr apardıq", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti