...

Suriya və ABŞ prezidentləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 20 Yanvar 2026 01:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya Prezidenti Əhməd əş-Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Suriya Prezidentliyinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilir ki, hər iki lider Suriya ərazisinin bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıb, sabitliyin təmin olunmasına yönəlik bütün səylərin dəstəklənməsinin zəruriliyini ifadə ediblər.

Tərəflər həmçinin Suriya dövləti çərçivəsində kürd xalqının hüquqlarının qorunmasının vacibliyini təsdiqləyiblər.

Prezidentlər İŞİD terror təşkilatı ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi və təşkilatın yaratdığı təhdidlərin aradan qaldırılması məsələsində razılığa gəliblər.

Telefon danışığı zamanı bir sıra regional məsələlər də müzakirə olunub və Suriyanın daha yaxşı gələcəyə doğru irəliləyə bilməsi üçün ona yeni fürsət tanınmasının əhəmiyyəti vurğulanıb.

Xəbər lenti

Xəbər lenti