Bakı. Trend:
ABŞ-nin dövlət borcu 2,25 trilyon dollar artaraq 38,5 trilyon dollar həddini keçib.
Trend xəbər verir ki, bu göstəricilər ABŞ Maliyyə Nazirliyinin rəsmi məlumatlarında əksini tapıb.
Qeyd olunur ki, bu rəqəm həm Birləşmiş Ştatların ümumi dövlət borcunun həcmi, həm də onun artım tempi baxımından rekord sayılır.
Bundan əvvəl dövlət borcunun ən yüksək artım göstəriciləri ABŞ-nin sabiq prezidentləri Co Baydenin prezidentliyi dövründə 2,1 trilyon dollar və Barak Obamanın dövründə 1,7 trilyon dollar olub.
XXI əsrdə dövlət borcunun ən aşağı artım tempi isə kiçik Corc Buşun prezidentliyinin ilk ilində qeydə alınıb. Həmin dövrdə ABŞ-nin dövlət borcu cəmi 196 milyard dollar artıb.
