Bakı. Trend:
ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı "X" platformasında başsağlığı verib.
Trend xəbər verir ki, başsağlığı mətnində qeyd olunub:
"Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1990-cı il yanvarın 20-də Sovet repressiyası zamanı həyatını itirmiş qəhrəman azərbaycanlıların xatirəsini ehtiramla yad edir, bu hüznlü gündə doğmalarını anan ailələrə dərin hüznlə başsağlığı veririk".
