...

Rəsmi Bakı Pakistana başsağlığı verdi

Siyasət Materials 19 Yanvar 2026 23:04 (UTC +04:00)
Rəsmi Bakı Pakistana başsağlığı verdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kəraçi şəhərindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində həyatını itirənlərin olması ilə bağlı Pakistana başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Paylaşımda bildirilib: “Kəraçidəki ticarət mərkəzində günahsız insanların həyatını itirməsi və yaralanması ilə nəticələnən faciəvi yanğın hadisəsindən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə ürəkdən başsağlığı veririk.”

Xəbər lenti

Xəbər lenti