...

Lerikdə işıqsız qalan 80 kəndin elektrik enerjisi bərpa edilir (VİDEO)

Gündəm Materials 20 Yanvar 2026 16:05 (UTC +04:00)
Lerikdə işıqsız qalan 80 kəndin elektrik enerjisi bərpa edilir (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Lerik rayonunda yağıntılı hava şəraitinin yaratdığı fəsadlar nəticəsində 80 kəndin kəsilən elektrik enerjisi ilə təchizatı bərpa edilir.

Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, “Azərişığ”ın qəza xidməti 24 saat fəaliyyətdədir.

“Hazırda işimizi əsas çətinləşdirən məqam yolların həddən artıq qarla örtülü olmasıdır. Bəzi hallarda yolları qurum əməkdaşları təmizləyib, elektrik kəsintisini bərpa etməyə çalışırlar. Lerikdə kəndlərin əksər hissəsi elektrik enerjisiylə təmin edilib, günün sonunadək proses davam etdiriləcək. hətta hava şəraitinə görə yollarda atlardan belə istufadə edilir ki, elektrik enerjisi tez bir zamanda bərpa edilsin”,-deyə qurumdan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti