...

Türkiyədə Bosfor boğazından kişi meyiti tapıldı

Dünya xəbərləri Materials 20 Yanvar 2026 15:48 (UTC +04:00)
Türkiyədə Bosfor boğazından kişi meyiti tapıldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Bosfor boğazında şəxsiyyəti müəyyən edilməmiş bir kişi meyiti tapılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, dəniz polisi bunun itkin düşmüş rusiyalı üzgüçü Nikolay Sveçnikov ola biləcəyini ehtimal edir.

Qeyd olunur ki, dəniz polisi üzgüçülük kostyumu geyinmiş naməlum kişi cəsədini aşkar edərək sahilə çıxarıb. Digər təfərrüatlar açıqlanmır.

29 yaşlı Sveçnikov avqustun 24-də Bosfor boğazı üzərindən keçirilmiş genişmiqyaslı beynəlxalq üzgüçülük yarışının iştirakçılarından biri olub. Yarışda 81 ölkədən təxminən 3 min üzgüçü iştirak edib. Lakin finişdə rusiyalı idmançı görünməyib. Daha sonra Rusiya Federasiyasının İstanbul şəhərindəki Baş Konsulluğu Sveçnikovun aktiv axtarışlarının dayandırıldığını, lakin onun itkin düşməsi ilə bağlı istintaqın davam etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti