...

Əhali ötən il əczaçılıq məhsullarına 1,6 milyard manatdan çox pul xərcləyib

İqtisadiyyat Materials 20 Yanvar 2026 19:19 (UTC +04:00)
Əhali ötən il əczaçılıq məhsullarına 1,6 milyard manatdan çox pul xərcləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,684 milyard manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü illə müqayisədə 21,3% çoxdur.

Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyriərzaq malları üzrə 6,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti