...

Prezident İlham Əliyev: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük

Siyasət Materials 20 Yanvar 2026 16:16 (UTC +04:00)
Prezident İlham Əliyev: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Davos. Trend:

Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib.

“Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”, - deyə dövlətimizin başçısı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti