...

SOCAR ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı dayanıqlı infrastruktur layihələri üzrə müzakirələr aparıb

Energetika Materials 20 Yanvar 2026 16:48 (UTC +04:00)
SOCAR ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı dayanıqlı infrastruktur layihələri üzrə müzakirələr aparıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında təmiz enerji təşəbbüsləri, yeni texnologiyalar, eləcə də enerji keçidi və rəqəmsal transformasiya gündəliyini dəstəkləyən dayanıqlı infrastruktur layihələri müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edib.

“Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) prezidenti Hayashi Nobumitsu ilə görüşümüz zamanı SOCAR ilə JBIC arasında mövcud olan güclü tərəfdaşlığı bir daha təsdiqlədik. Müzakirələrimiz təmiz enerji təşəbbüsləri, yeni texnologiyalar, eləcə də enerji keçidini və rəqəmsal transformasiya gündəliyini dəstəkləyən dayanıqlı infrastruktur layihələri üzərində cəmləndi.

Eyni zamanda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq və ortaq enerji çağırışlarının həllində davamlı dialoqun əhəmiyyətini vurğuladıq. Birgə səylərimizlə uzunmüddətli dəyər yaradan, qlobal enerji təhlükəsizliyinə töhfə verən və daha dayanıqlı gələcəyin formalaşmasına xidmət edən təşəbbüslərin irəlilədilməsinə sadiq qalırıq”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti