Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın “Eni S.P.A” şirkəti arasında enerji sahəsində potensial layihələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edib.
“World Economic Forum2026” çərçivəsində Eni şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi (Claudio Descalzi) ilə məhsuldar görüş keçirdik və güclü tərəfdaşlığımızı, eləcə də strateji enerji təşəbbüslərinin irəlilədilməsinə dair ortaq öhdəliyimizi bir daha təsdiqlədik. Görüş zamanı SOCAR və Eni arasında imzalanmış Anlaşma Memorandumlarından irəli gələn potensial layihələri müzakirə etdik; müzakirələr enerji təhlükəsizliyi, emissiyaların azaldılması və bioyanacaq istehsalına yönəldi.
Bu əməkdaşlıq Avropa üçün enerji təhlükəsizliyinin gücləndirilməsi, istixana qaz emissiyalarının azaldılması, eləcə də Azərbaycan və daha geniş regionda bərpa olunan enerjinin inkişafının təşviqi baxımından mühüm addımdır. Birgə təcrübəmizdən yararlanaraq, bu günün enerji çağırışlarının öhdəsindən gəlməyi və daha dayanıqlı, möhkəm və enerji baxımından təhlükəsiz gələcək qurmağı hədəfləyirik”, - paylaşımda qeyd edilib.
