...

Böyük Britaniyada məşğulluq azalır: əmək haqqı artımı son 5 ilin minimumuna düşüb

Dünya xəbərləri Materials 20 Yanvar 2026 19:00 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi məlumatlar Böyük Britaniyada əmək bazarının zəiflədiyini göstərir. Milli Statistika İdarəsinin (ONS) açıqladığı rəqəmlərə görə, dekabr ayında əmək haqqı siyahısında olan işçilərin sayı 43 min nəfər azalaraq 30,2 milyona enib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu, 2020-ci ilin noyabrından bəri qeydə alınan ən böyük aylıq azalmadır və xüsusilə pərakəndə satış, restoran, bar və otel sektorlarında ixtisarların artdığını əks etdirir.

Noyabrın sonuna qədər olan üç ayda işsizlik səviyyəsi 5,1% təşkil edib ki, bu da son dörd ilin ən yüksək göstəricisidir. Təkcə noyabr ayında isə işsizlik 5,4%-ə yüksələrək beş ildən çox müddətdə rekord həddə çatıb. Eyni zamanda, özəl sektorda əmək haqqı artımı son beş ilin ən aşağı tempinə düşüb.

ONS-un məlumatına əsasən, bonuslar xaric əmək haqqı artımı 4,5%-ə, bonuslar daxil olmaqla isə 4,7%-ə enib. Mütəxəssislər əmək bazarındakı zəifləməni hökumətin vergi və xərclərlə bağlı qərarları, eləcə də biznes üçün artan qeyri-müəyyənliklə əlaqələndirirlər. İqtisadçılar bu fondda İngiltərə Bankının il ərzində faiz dərəcələrini bir neçə dəfə endirəcəyini gözləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti