Bakı. Trend:
Koreya Respublikası hökuməti 2024-cü ilin yanvarında, hazırda ölkə prezidenti vəzifəsini tutan, o vaxt isə müxalifət “Toburo” Demokrat Partiyası partiyasının sədri olmuş Li Çje Myona qarşı törədilmiş sui-qəsd cəhdini rəsmi olaraq terror aktı kimi tanıyıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Baş nazirinin ofisi məlumat yayıb.
Məlumata əsasən, 2016-cı ildə terrorizmə qarşı mübarizə haqqında qanunun qüvvəyə minməsindən bəri ilk dəfədir ki, bir hadisə hökumət səviyyəsində terror aktı kimi təsnif edilir.
2024-cü il yanvarın 2-də bir hücumçu Li Çje Myona uzun bıçaqla boyun nahiyəsindən xəsarət yetirib. Cinayətkar hazırkı dövlət başçısı Myon Busanda yeni hava limanının tikinti sahəsinə səfəri zamanı özünü siyasətçinin tərəfdarı kimi təqdim edərək ondan avtoqraf istəyib və ona yaxınlaşıb. Saxlanıldıqdan sonra polisə etiraf edib ki, Li Çje Myonun prezident olmaması üçün onu öldürmək niyyətində olub. 2025-ci ilin iyulunda hücumçu 15 il müddətinə azadlıqdan məhrum edilib.
