Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Planet Labs PBC” şirkəti arasında qabaqcıl peyk təsvirləri və geospatial analitikanın ətraf mühitin monitorinqi üzrə müzakirələr aparılıb.
Trend xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edib.
“World Economic Forum 2026” çərçivəsində “Planet Labs PBC” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Uilyam Marşal (William Marshall) ilə qabaqcıl peyk təsvirləri və geospatial analitikanın ətraf mühitin monitorinqi, rəqəmsal həllər və məlumatlara əsaslanan qərarların qəbulu prosesində istifadəsi mövzusunda müzakirələr apardım.
Müzakirələr zamanı SOCAR-ın innovasiya, dekarbonizasiya və qlobal ən yaxşı təcrübələrə uyğun məsuliyyətli enerji inkişafına sadiqliyinin gücləndirilməsi üçün mövcud imkanlar ön plana çıxarıldı”, - paylaşımda qeyd edilib.
