...

İqlim dəyişikliyi Antarktida pinqvinlərinin çoxalma vaxtını rekord sürətlə dəyişir

Dünya xəbərləri Materials 20 Yanvar 2026 20:02 (UTC +04:00)
İqlim dəyişikliyi Antarktida pinqvinlərinin çoxalma vaxtını rekord sürətlə dəyişir
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Araşdırmalar Antarktidadakı pinqvinlərin iqlim dəyişikliyinə cavab olaraq çoxalma mövsümünü əhəmiyyətli dərəcədə irəli çəkdiyini göstərir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Oksford Universiteti və Oksford Bruks Universitetinin "Penguin Watch" təşkilatı ilə birgə apardığı 10 illik tədqiqat bəzi pinqvin növlərində çoxalmanın üç həftədən çox erkən başladığını ortaya qoyub.

Alimlər 2012–2022-ci illər ərzində 37 koloniya və subantarktik adalarda yerləşdirilən 77 kamera vasitəsilə "Adelie", "Chinstrap" və "Gentoo" pinqvinlərinin davranışlarını izləyiblər. Nəticələrə görə, gentoo pinqvinlərində çoxalma vaxtı orta hesabla 13 gün, bəzi koloniyalarda isə 24 gün irəliləyib ki, bu da onurğalılar arasında qeydə alınan ən sürətli fenoloji dəyişikliklərdən biri hesab olunur. Digər iki növdə isə bu irəliləyiş təxminən 10 gün təşkil edib.

Tədqiqatçılar bildirir ki, dəyişikliklər pinqvin balalarının qidaya çıxışını təhlükə altına qoyur və növlər arasında rəqabəti artırır. Gentoo pinqvinləri daha çevik qidalanma qabiliyyətinə malik olduqları üçün iqlim dəyişikliyindən nisbətən faydalansalar da, Adélie və chinstrap pinqvinlərinin sayında azalma müşahidə olunur. Alimlər xəbərdarlıq edirlər ki, bu proses Antarktida ekosisteminin ümumi tarazlığını poza bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti