Bakı. Trend:
“ChatGPT” çatbotunu yaradan ABŞ şirkəti “OpenAI” ilk cihazını 2026-cı ildə təqdim etməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu şirkətin siyasət rəhbəri Kris Leheyn “Axios” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, cihazın texniki xüsusiyyətləri barədə hələlik ətraflı məlumat verilməyib. Bununla belə, Leheyn yeni qurğunun smartfondan daha səssiz olacağını və istifadəsinin daha asan olacağını qeyd edib.
O əlavə edib ki, OpenAI bu cihazın buraxılışını 2026-cı ilin ikinci yarısına planlaşdırır.
