...

Süni intellekt əmək bazarını sürətlə dəyişir: AI bacarıqları tələb edən işlər 16 dəfə artıb

Dünya xəbərləri Materials 20 Yanvar 2026 21:00 (UTC +04:00)
Süni intellekt əmək bazarını sürətlə dəyişir: AI bacarıqları tələb edən işlər 16 dəfə artıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın ən böyük işə qəbul agentliklərindən biri olan Randstad 27 min işçi və 1225 işəgötürən arasında sorğu aparıb, 35 bazarda 3 milyondan çox iş elanını təhlil edib.

Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Nəticələrə görə, hər beş işçidən dördü süni intellektin gündəlik işlərinə təsir edəcəyini düşünür. Şirkətlərin AI çatbotları və avtomatlaşdırmaya artan marağı xüsusilə "Z" nəsli arasında narahatlıq yaradır.

Randstad-ın illik “Workmonitor” hesabatı süni intellekt bacarıqları tələb edən vakansiyaların 1.587% artdığını göstərir. Sorğu həmçinin, AI və avtomatlaşdırmanın əsasən daha az mürəkkəb, əməliyyat xarakterli vəzifələri əvəz etdiyini ortaya qoyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti