...

Böyük Britaniya Norveçdəki hərbi kontingentinin sayını iki dəfə artıracaq

Dünya xəbərləri Materials 20 Yanvar 2026 05:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Norveçdə dislokasiya olunmuş hərbi qulluqçularının sayını iki dəfə artırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Birləşmiş Krallığın xarici işlər naziri İvett Kuper İcmalar Palatasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 50 ildən artıqdır ki, Böyük Britaniyanın Kral Dəniz Piyadaları Norveçin Arktika bölgəsində təlimlər keçirir. “Lakin biz öhdəliklərimizi artırırıq və oradakı dəniz piyadalarının sayını üç il ərzində mindən 2 minə çatdırırıq”, – deyə nazir vurğulayıb.

İvett Kuper əlavə edib ki, Britaniya tərəfi 2026-cı il ərzində Şimali Atlantikada və Uzaq Şimalda bir sıra hərbi təlimlərdə iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, Böyük Britaniyanın Kral Dəniz Piyadalarının “Camp Viking” bazası Norveçin Arktika bölgəsində 2023-cü ilin martında yaradılıb və növbəti 10 il ərzində Britaniya qüvvələrinin Arktikada yerləşdirilməsi və hazırlanması üçün əsas mərkəzə çevrilib. Baza Everbiqd qəsəbəsində yerləşir və Norveç Hərbi Hava Qüvvələrinin Bardufos bazasından 40 kilometr məsafədədir. Həmin bazada Britaniya kommandolarının helikopter bölməsi dislokasiya olunub.

Xəbər lenti

Xəbər lenti