Bakı. Trend:
Yanvarın 20-si saat 17:00-a olan faktiki hava açıqlanıb.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, saat 17:00-a məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Belə ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür.
Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1 dərəcəyədək isti Naxçıvan MR-da 6, dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınır.
