Bakı. Trend:
Buxarest Ukrayna ilə sərhəddə hərbçilərinin və hava müdafiə vasitələrinin sayını artıracaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rumıniyanın Müdafiə Nazirliyinin rəhbəri Radu Mirutse “Digi24” telekanalına verdiyi müsahibədə deyib.
“Biz Ukrayna ilə həmsərhəd olan zonada pilotsuz uçuş aparatlarının sayını artırırıq, şəxsi heyət və texnikanı ora yönləndiririk, mövcud dronları strateji təhlilə əsasən riskin artdığı ərazilərə köçürürük. Onları elə atəş mövqelərində yerləşdiririk ki, Rumıniyanın yaşayış məntəqələrini qorumaq mümkün olsun,” – deyə Mirutse bildirib.
O əlavə edib ki, Ukrayna ilə sərhədə həmçinin radar sistemləri və uçan obyektləri hədəfə alaraq məhv edə bilən “Gepard” özüyeriyən zenit kompleksləri yerləşdirilir.
