Bakı. Trend:
Çilinin cənubunda baş verən meşə yanğınları nəticəsində azı 19 nəfər həlak olub.
Trend xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Alvaro Elizalde yanvarın 19-da mətbuat konfransında açıqlayıb.
Nazirin sözlərinə görə, hazırda 19 ölüm faktı qeydə alınıb, 630 nəfər isə müvəqqəti sığınacaqlara yerləşdirilib.
Yanğınlar nəticəsində ən azı 325 ev tamamilə məhv olub. Xəsarət alan sakinlərin sayının 1500-dən çox olduğu təxmin edilir. Bir neçə icmada təxliyə əmri verilib.
Çilinin Milli Meşəçilik Korporasiyası bazar ertəsi axşam saatlarında ümumi sahəsi 32 600 hektardan çox olan 31 meşə yanğını ilə mübarizə aparıldığını bildirib.
Qeyd edək ki, şiddətli yanğınlar yanvarın 17-də quru və isti hava şəraitində başlayıb. Ən ağır vəziyyət fövqəladə vəziyyət elan edilən Bio Bio və Nüble bölgələrində qeydə alınıb.
