Bakı. Trend:
İspaniyada iki yüksək sürətli qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə yerli “ABC” qəzeti məlumat yayıb.
Bundan əvvəl ölənlərin sayının 39 olduğu bildirilirdi.
Hadisə yanvarın 18-də axşam saatlarında Adamus yaşayış məntəqəsində baş verib. Malaqadan Madridə doğru hərəkət edən və təxminən 300 sərnişin daşıyan “Iryo” şirkətinə məxsus qatar relsdən çıxaraq qarşı yola düşüb. Həmin yolda bu zaman Madriddən Huelvaya gedən “Renfe” dəmir yolu operatorunun qatarı hərəkətdə olub. Nəticədə ikinci qatar da relsdən çıxıb.
Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
