...

“Ayntraxt Frankfurt”da məşqçilər heyətində dəyişikliklər davam edir

İdman Materials 20 Yanvar 2026 05:56 (UTC +04:00)
“Ayntraxt Frankfurt”da məşqçilər heyətində dəyişikliklər davam edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Ayntraxt Frankfurt”da kadr dəyişiklikləri davam edir.

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Dino Topmöllerin istefasından sonra klub rəhbərliyi onun köməkçiləri ilə də yollarını ayırmaq qərarına gəlib.

Stefan Buk, Nelson da Silva Morqado və Haver Zembrodlanın qarşılıqlı razılıq əsasında vəzifələrindən ayrıldığı bildirilib. Topmöllerin məşqçilər heyətindən yalnız Yan Visser klubda qalıb.

Qeyd olunur ki, Frankfurt təmsilçisindən ayrılan məşqçilər ötən mövsüm “Ayntraxt”ın Bundesliqada üçüncü yeri tutaraq Avropa Liqasının dörddəbir finalına yüksəldiyi mövsümdə komandanın uğuruna mühüm töhfə veriblər.

Xatırladaq ki, hazırda “Ayntraxt Frankfurt”a müvəqqəti olaraq ehtiyat komandanın baş məşqçisi Dennis Şmitt rəhbərlik edir.

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ” və “Ayntraxt Frankfurt” komandaları arasında oyun yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti